Məktəb həyətində daha bir ölüm

29.11.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bakıda yeniyetmə oğlan məktəbin həyətində ölüb.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 9 ünvanında yerləşən 94 saylı məktəbin həyətində baş verib.
Belə ki, 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmovun infarktdan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında da 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Həmidovun qəflətən halı pisləşib. Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью