525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Cəmiyyət hər zaman müəllimə xüsusi hörmət və ehtiramla yanaşıb. Müəllimin xarici görünüşü, davranışı və peşə etikası onun nüfuzunu formalaşdıran əsas amillərdəndir. Geyimlə bağlı müəyyən standartların tətbiqi müəllimlərin ictimai məkanlarda və təhsil müəssisələrində daha peşəkar şəkildə təmsil olunmasına şərait yarada bilər”.
Bunu təhsil eksperti Məzahir Məmmədli 525.az-a söyləyib. Onun dediyinə görə, bu dəyişikliklər tədris mühitinin sağlamlaşdırılması baxımından da əhəmiyyət daşıyır. Məktəb ilk növbədə təhsil və tərbiyə məkanıdır. Təhsilverənlərin geyimi ilə bağlı müəyyən tələblərin olması məktəbdə peşəkar atmosferin qorunmasına, şagirdlərin diqqətinin tədris prosesinə yönəlməsinə və ümumi təhsil mühitinin daha səmərəli təşkilinə müsbət təsir göstərə bilər.
Ekspert qeyd edib ki, Azərbaycan müəllimləri indiyədək də geyim mədəniyyəti və etik davranış qaydalarına yüksək səviyyədə riayət ediblər.
Sevinc Qarayeva