Məktəb müəllimi də, şagird də Ombudsmana müraciət edə bilər Aygül İsayeva

03.11.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məktəblərdə baş verən hər hansı qanun pozuntusu, bullinq və ya ayrı-seçkilik halları ilə bağlı birbaşa ümumdövlət ombudsmanına şikayət etmək mümkündür"

“Mən özüm Ombudsman Aparatına məktəblərin problemləri ilə bağlı tez-tez müraciətlər ünvanlayıram. Bu müraciətlər vasitəsilə bəzi problemlərin həllinə də nail olmuşam. Keçən həftə də müraciət etmişəm, bu gün də daha bir müraciət hazırlayacağam”.

Bu sözləri Sherg.az-a açıqlamasında “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, Gürcüstanda azərbaycanlıların təhsil hüquqları uğrunda mübarizə aparan ictimai fəal Aygül İsayeva deyib.

A. İsayeva bildirib ki, Gürcüstanın orta məktəblərində ayrıca “Məktəb ombudsmanı” təsisatı olmasa da, məktəblilərin, müəllimlərin və ümumilikdə təhsil sahəsində hüquqların qorunması müxtəlif mexanizmlər vasitəsilə həyata keçirilir:

“Gürcüstanda ombudsman Xalq Müdafiəçisi adlanır. Hazırda Levan İoselianinin rəhbərlik etdiyi Ombudsman Aparatı ümumtəhsil müəssisələrindəki vəziyyətə birbaşa nəzarət edir. Aparatın tərkibində uşaq hüquqları, inklüziv təhsil və ayrı-seçkiliklə mübarizə üzrə ixtisaslaşmış xüsusi mərkəzlər və departamentlər fəaliyyət göstərir.

Məktəblərdə baş verən hər hansı qanun pozuntusu, bullinq və ya ayrı-seçkilik halları ilə bağlı birbaşa ümumdövlət ombudsmanına şikayət etmək mümkündür.

Universitetlərdə isə fərqli sistem mövcuddur. Orta məktəblərdən fərqli olaraq, Gürcüstanın bir çox ali təhsil müəssisəsində ayrıca “Tələbə ombudsmanı” vəzifəsi təsis edilib.

Gürcüstanda Ombudsman Aparatının Kvemo Kartli üzrə bölməsi də fəaliyyət göstərir. Lakin məktəblərin nəzdində ayrıca belə bir təsisat yoxdur. Buna ehtiyac da yoxdur. Məktəb müəllimləri və ya şagirdlər mərkəzi Ombudsman Aparatına müraciət etdikdə, onların şikayətlərinə baxılır.

Azərbaycanda da istər məktəb və təhsillə bağlı, istərsə də digər məsələlərlə əlaqədar hər kəs ölkəsinin Ombudsman Aparatına müraciət edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью