Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 36, İKT üzrə minimum 6, məntiq üzrə isə minimum 8 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar.
BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 29-dan fevralın 2-si saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.
Təqdim olunan məlumatlar yoxlandıqdan sonra uyğun namizədlərin qeydiyyatdan keçdikləri mobil telefona müsahibənin vaxtı və məkanı haqqında məlumat SMS vasitəsilə göndəriləcək.
Müsahibəndən uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.
Bizim.Media