Məktəb qapılarının arxasında nə baş verir? Ekspertdən XƏBƏRDARLIQ

02.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəbin qapısında dayanan mühafizəçi şagirdləri, yoxsa sadəcə binanın girişini qoruyur? Təhlükəli şəxsin məktəbə daxil olmasının qarşısını almaq, aqressiv ziyarətçiyə müdaxilə etmək və fövqəladə vəziyyətdə düzgün qərar vermək üçün mühafizəçilər nə dərəcədə hazırlıqlıdır? Təhsil müəssisələrində təhlükəsizliklə bağlı bu suallar mühafizə sisteminin nə qədər etibarlı olduğunu gündəmə gətirir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəbdə təhlükəsiz şəraitdə təhsil almaq hər bir uşağın qanuni hüququdur.

Onun sözlərinə görə, “Ümumi təhsil haqqında” Qanunun 22.2.1 və 22.2.6-cı maddələri şagirdlərin təhlükəsiz, sağlam psixoloji mühitdə təhsil almasını və zorakılıqdan qorunmasını nəzərdə tutur. Toyuqlu pizza

Ekspert məktəblərdə mühafizə sisteminin effektivliyindən danışarkən qeyd edib:

“Bütün məktəblər barədə qəti qiymət vermək üçün yoxlama nəticələri lazımdır. Hüquqi mexanizm mövcuddur: Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 209 nömrəli qərarı dövlət məktəblərində müqavilə əsasında DİN-in Baş Mühafizə İdarəsi tərəfindən “həyəcan” siqnalizasiyası vasitəsilə mühafizəni nəzərdə tutur. Effektivliyi qiymətləndirərkən sistemin işləkliyinə, giriş-çıxış nəzarətinə, məsul şəxslərin hazırlığına və təhlükə zamanı reaksiyaya baxılmalıdır. Qaydanın mövcudluğu ilə onun hər məktəbdə faktiki icrası ayrıca qiymətləndirilməlidir”.

Mühafizəçilərin işə qəbulu ilə bağlı danışan S.Nəbiyev bildirib:

“Əvvəlcə əməkdaşın hüquqi statusu müəyyənləşdirilməlidir. Lisenziyalı özəl mühafizə müəssisəsində və ya mühafizə bölməsində çalışan şəxs üçün “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi Azərbaycan vətəndaşlığı, ən azı 20 yaş və xüsusi hazırlıq kursunu bitirmək tələbini müəyyən edir. Tibbi uyğunluq və qanunda göstərilən işə qəbul məhdudiyyətləri də yoxlanmalıdır. Məktəbin adi ştat gözətçisini avtomatik həmin statusa aid etmək düzgün olmaz. Peşəkar seçimdə uşaqlarla ünsiyyət, diqqətlilik və gərgin vəziyyətdə düzgün qərarvermə bacarığının da qiymətləndirilməsini vacib sayıram”.

Ekspertin sözlərinə görə, mühafizəçi öz vəzifə və məsuliyyətini dəqiq bilməlidir:

“Əməkdaş kimin məktəbə buraxılacağını, ziyarətçinin gəliş məqsədinin necə yoxlanacağını, təhlükə barədə kimə məlumat veriləcəyini və köməyin necə çağırılacağını bilməlidir. Bu vəzifələr yazılı təlimatda aydın göstərilməlidir. Dövlət məktəbində “həyəcan” sistemindən istifadəyə məsul şəxs rəhbərin əmri ilə təyin olunur. Uşaqlarla davranış zamanı onların ləyaqəti qorunmalı, müdaxilə qanuni səlahiyyət çərçivəsində aparılmalıdır. Məktəb rəhbərliyinin təhlükəsizliyi təşkil etmək və işə nəzarət etmək vəzifəsi də davam edir”.

Mühafizəçilərin hazırlıq səviyyəsinin yoxlanılmasına toxunan S.Nəbiyev qeyd edib:

“Özəl mühafizəçilər üçün xüsusi hazırlıq kursu, işə qəbul zamanı və sonradan ildə azı bir dəfə tibbi müayinə qanuni tələblərdir. Mənim təklifim məktəbdə çalışan mühafizə və gözətçi heyətinin bacarıqlarının işə qəbulda və sonradan müntəzəm praktik qiymətləndirilməsidir: icazəsiz giriş, aqressiv ziyarətçi, şagirdin qəfil səhhət problemi və yanğın zamanı necə davranacağı ssenarilər üzrə yoxlanmalıdır. Nəticələr sənədləşdirilməli, aşkarlanan çatışmazlıqlar əlavə təlimlə aradan qaldırılmalıdır”.

Ekspert əlavə edib ki, İngiltərənin Təhsil Departamentinin məktəb təhlükəsizliyi təlimatında da risklərə uyğun təlimlərin keçirilməsi və təhlükəsizlik planlarının müntəzəm məşqlərlə yoxlanılması tövsiyə olunur.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью