Məktəb tualetlərinə kamera quraşdırıldı Valideynlər etiraz etdi

04.02.2026

Icma.az, Medicina saytına istinadən bildirir.


Türkiyədə İspartada orta məktəbin tualetlərinə quraşdırılmış kameraların şəkilləri sosial mediada paylaşıldıqdan sonra valideynlər sərt reaksiya veriblər.

Medicina.az xəbər verir ki, Vilayət Milli Təhsil Müdirliyi reaksiyalara cavab olaraq araşdırma başladıb.

Bildirilib ki, məktəb direktoru vəzifəsindən azad edilib və başqa bir məktəbə müəllim təyin edilib.

Milli Təhsil İdarəsinin araşdırmasından sonra tualetlərdəki kameralar sökülüb.

Məktəb direktoru vəzifəsinə müvəqqəti olaraq onun yerinə başqa bir şəxsin təyin ediləcəyi bildirilib.

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью