Məktəb və bağçalarda təmir aparılıb

29.12.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub. 

Bildirilib ki, 4 məktəbdə (59, 151, 324 313) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68, 141) sökülərək yenidən tikintisi, 2 təhsil müəssisəsində (328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.

Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью