Məktəbdə 16 yaşlı qızın başına stulla zərbə vurdular

14.12.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Sankt-Peterburq şəhərinin Kalinin rayonunda yerləşən məktəbdə 16 yaşlı qız ciddi xəsarət alıb.

Bakupost.az Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karpinski küçəsindəki məktəbdə baş verib. Yeniyetmə qızın başına stul vurulub.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi və başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyublar.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Lalə Novruz, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью