Məktəbdə 5 aldılar, imtahanda həqiqət ortaya çıxdı

03.06.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 92.92%-nin ötən il qəbul imtahanlarındakı nəticələri də çox zəif olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.

Qeyd edilib ki, məktəbi “5” qiymətlə bitirən məzunların isə yalnız 43.30%-i attestat qiymətlərini doğrulda bilib:

“Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью