Məktəbdə baş verən bıçaqlanma ilə bağlı yeniyetmə SAXLANILDI

04.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

"Paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digər şagirdə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub".

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb:

"Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью