Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin üzvü Ülviyyə Həmzəyeva orta məktəblərdə qız uşaqlarının baş örtüyü taxmasını doğru hesab etmir.
BAKU.WS xəbər verir ki, o, bununla bağlı Baku TV-nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı danışıb.
Deputat bu kimi hallarda seçimi şəxsin özünə verilməsini daha doğru hesab edir:
"Bu mənada, düşünürəm ki, məktəb məktəbdir. Bu seçimin 18 yaşdan sonra edilməsi daha məqbuldur. Elə ailələr var ki, tamamilə, dini tərbiyə görüblər, amma mən hesab edirəm ki, məktəbə gedəndə ümumi formadan kənara çıxmaq olmaz".
Ülviyyə Həmzəyeva həmçinin məktəbli qız uşaqlarının ətək, yaxud şalvar seçimində də sərbəst olmalarının vacibliyini ifadə edib.