Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Türkiyənin Osmaniye şəhərində işlədiyi məktəbdə qohumu tərəfindən silahla vurulan müəllim həyatını itirib.
Sherg.az xəbər verir ki, hadisə şəhərin Çardak kəndində yerləşən Farabi Anadolu Liseyində baş verib.
İlkin məlumata görə, məktəbdə ədəbiyyat müəllimi işləyən Mehmet Bilgili qohumu A.E.B. tərəfindən silahla vurulub. Hadisə ilə bağlı polis və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb edilib. Həkimlərin müayinəsi zamanı müəllimin öldüyü müəyyənləşib.
Osmaniye valisi Mehmet Fatih Serdengeçti hadisə yerinə gedərək məlumat alıb. O bildirib ki, hücumun təhsil prosesi və şagirdlərlə bağlılığı yoxdur.
Valinin sözlərinə görə, müəllimlə şübhəli şəxs arasında əvvəllər də münaqişə olub. Şübhəli saxlanılıb və hadisədə istifadə edilən qanunsuz tapança götürülüb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.