Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı

21.11.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun məlumatına görə, xəstəxanaya yerləşdirilənlər arasında 15-17 yaşlarında 25 yeniyetmə var. ShopByBro

Təhsil müəssisəsinin şagirdlərini və əməkdaşlarını təxliyə etmək üçün xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Bəzi zərərçəkənlər tibb müəssisələrinə sanitar aviasiya helikopterləri ilə çatdırılıblar.

Sızmanın səbəbi və şagirdlərlə məktəb əməkdaşlarının təsirinə məruz qaldığı maddənin növü hələlik müəyyən edilməyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью