Məktəbdə işləmək istəyənlərin nəzərinə! 84 vakansiya var

03.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakanat psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.

Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib, təhsil müəssisələrində tədris-köməkçi heyət üçün keçirilən müsabiqəyə 84 vakant yer çıxarılıb.

Müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə 25, katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью