Məktəbdə “müəllimə hədiyyə” pulu yığılması qanunidirmi?

27.08.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi bayramlar və ya müəllimin ad günü ərəfəsində sinifdə pul yığılır. Bu, rüşvət sayılmaz ki? 

Bu barədə Gununsesi.info-ya təhsil eksperti Firuzə Mahmudova danışıb.

O, deyib:

“Rəsmi qaydada belə pul yığımı qadağandır. Müəllimə bayram hədiyyəsi ancaq könüllü ola bilər. Məcburiyyət və ya uşağa basqı göstərilməsi qəti şəkildə yolverilməzdir. Təhsil Nazirliyi və korrupsiyaya qarşı qanunvericilik bunu qadağan edir. Valideyn komitəsi könüllü toplama edə bilər, ancaq kimsə məcbur edilə bilməz. İstəməyən valideyn pulu vermədiyi üçün ayrı-seçkiliyə məruz qalmamalıdır”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью