Məktəbdə qanuna tabe olmaq borcumuzdur

12.10.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gözəl qızım, heç kəs sənin təhsilinin qarşısını almır, əksinə, bizim gələcəyimiz işıqlı beyinlər, iti zəkalar, təmiz inanclar üzərində qurulub. Sənin yaşında pak övladlarımızın beyinləri, təəssüf ki, cahil insanların yürütdükləri siyasətlə “yuyulub”. Allah cəzalarını hökmən verəcək”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni son günlər hicabla bağlı yayılan videolara münasibət bildirib:

“Sən isə Allahı, Vətənini sev və inan, bizim prezidentimiz belə Konstitusiyaya and içəndə müqəddəs kitabımız olan Qurana əl basır. Heç kim dinimizi, Quranımızı inkar etmir, hər kəs də dini seçimində azaddır.

Ancaq baş örtünmə qərarını insan yetkin yaşda verməlidir, uşaq yaşda ətraf təsirləri ilə yox. Biz məscidə girərkən necə ki, bizdən baş örtmək tələb olunur, eləcə də dövlət məktəblərində qanuna tabe olmaq bizim borcumuzdur.

Yaşasın azad, tolerant, bütöv Azərbaycan”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью