Məktəbdə səsləndirilən şüarlar kimlərə xidmət edirlər?

12.10.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Nardaran qəsəbəsində yerləşən 130 saylı məktəbin qarşısında bir qrup şəxs dini şüarlar səsləndirib.

BAKU.WS xəbər verir ki, ərazidə toplaşan şəxslər məktəblərdə vahid geyim formasının tətbiqi məsələsi ilə bağlı etirazlarını bildirərək "İmam Zaman, sənə sadiq əsgərik" şüarını səsləndiriblər.

Məlumata görə, son günlər vahid məktəbli geyimi ilə bağlı müzakirələr zamanı bəzi şəxslərlə təhsil işçiləri arasında gərginlik yaşanıb.

Qeyd edək ki, məsələ ilə əlaqədar ictimai qaydanın pozulması və müvafiq hərəkətlərin təşkili faktı üzrə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb. DİN-in məlumatına əsasən, iş üzrə 37 nəfər həbs edilib.

View this post on Instagram

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью