Məktəbdə təmir apararkən damdan yıxıldı

04.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Gəncədə məktəbdə təmir aparan usta yıxılaraq xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, orta məktəblərin birində təmir-bərpa işləri aparan 1984-cü il təvəllüdlü şəhər sakini N. Nəsibov iş zamanı məktəbin damından yıxılıb. Nəticədə o, qapalı kəllə - beyin travması və döş qəfəsinin qapalı travması alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью