Məktəbdə yaşıdlarına hücum edən erməni uşaq ailəsi ilə Rusiyadan deportasiya edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

23.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyanın Krasnodar diyarındakı məktəblərdən birində yaşıdlarına bıçaqla hücum edən yeniyetmənin ailəsi Ermənistana deportasiya edilib.

BAKU.WS xəbər verir ki, bu barədə cümə axşamı, yanvarın 23-də Federal Məhkəmə İcraçıları Xidmətinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Deportasiyaya məruz qalan vətəndaşlar Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə Mineralnıye Vodı şəhərindəki sərhəd-nəzarət məntəqəsinə aparılaraq hava yolu ilə Ermənistana göndəriliblər", - deyə qurumun saytında yerləşdirilən məlumatda deyilir.

Sözügedən hadisə ötən il dekabrın 6-da baş verib. Üstəlik, yaşıdlarına bıçaqla hücum edən oğlan atasından bıçaq gəzdirməyə icazə alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью