Məktəbdəbkənar təhsil müəssisələrinə elektron qəbul başlayır

26.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Şagirdlərin məktəbdəbkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.

Bu barədə "Cebheinfo.az"-a MÜDTA-dan məlumat verilib.

28 noyabr 2024-cü il saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start veriləcək.

İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.

Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью