Məktəbdəki atışma nəticəsində 5 nəfər ölüb VİDEO

17.12.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məktəbdəki atışma nəticəsində 5 nəfər ölüb - VİDEO

ABŞ-ın Viskonsin ştatının Medison şəhərindəki Abundant Life xristian məktəbinə silahlı hücum olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Madison Polis İdarəsindən verilən açıqlamada hücumda ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, hücum edənin zərərsizləşdirilə biləcəyi bildirilib.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Özəl məktəb olan Abundant Life Christian, uşaq bağçasından 12-ci sinfə qədər təhsil verir və təxminən 400 şagirdi var.

Ötən il ABŞ-da 349, bu il isə 322 məktəbdə atışma olub.

Digər tərəfdən hücum edənin məktəbin şagirdi olduğu və onun da hücumdan sonra özünü güllələdiyi bildirilib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью