Məktəbdəki bıçaqlanmaya görə sektor müdiri və direktor CƏZALANDIRILDILAR

09.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev cəzalandırılıb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, sektor müdirinə Təhsil İdarəsi tərəfindən şiddətli töhmət verilib.

Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova da eyni cəza verilib.

Buna səbəb bir müddət öncə məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью