Məktəbdənkənar fəaliyyətə dair təlim keçirilib

20.10.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) “Təhsilin görünməyən tərəfi: məktəbdənkənar fəaliyyətin pedaqoji gücü” adlı təlim keçirilib. Təlimdə 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları və dərnək rəhbərləri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, təlim 5 nömrəli UGİM-in metodiki şöbəsinin müdiri və metodistləri tərəfindən keçirilib.
Təlimdə məktəbdənkənar fəaliyyət-tamamlayıcı və inkişafetdirici mühit, uşaqların inkişafında məktəbdənkənar fəaliyyətin psixoloji gücü, məktəbdənkənar təhsildə innovativ yanaşmalar, rəqəmsal dövrdə ana dili və mütaliə mədəniyyəti mövzuları üzrə fikir mübadiləsi aparılıb.
Həmçinin təlim çərçivəsində innovativ metodlardan istifadə, uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, rəqəmsal imkanlardan səmərəli yararlanma, eləcə də ana dilinin qorunması və mütaliə mədəniyyətinin formalaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Ruhiyyə Mehdiyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью