Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başladı

28.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Bu gün saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən  Sfera.az-a verilən xəbərə görə, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью