Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başladı Yeni Çağ Media

28.11.2024

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью