Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb

28.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bu gün saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью