Məktəbə soxulmaq istəyən ayı güllələndi

23.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Rusiyada orta məktəb binasına soxulmaq istəyən ayı gözətçi tərəfindən güllələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətinin Zaloq kəndində baş verib.

Yeməkxanadan yayılan qida qoxusuna gələn ayı su xətti vasitəsilə məktəbin ərazisinə keçməyə çalışıb. Amma xətt ayının çəkisinə tab gətirməyərək qırılıb. Bundan ürkən ayı kəndə tərəf qaçıb və evlərdən birinə girməyə çalışıb. Amma məktəb gözətçisi ona imkan verməyib, odlu silahla vəhşini öldürüb.

Olay dərslər başlamamışdan bir qədər əvvəl yaşanıb, kimsə xəsarət almayıb.

Qeyd edək ki, bu il Rusiya ərazisində ayıların insanlara hücumu və yaşayış məntəqələrində görünməsi sanki adi hal alıb. Təkcə yazın əvvəlindən bir neçə gün əvvələ qədər ölkə ərazisində 27 nəfər ayı hücumundan sonra həyatını itirib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью