Məktəbə yeni başlayan uşaqların valideynlərinə XƏBƏRDARLIQ! | Icma.az
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Yeni məktəbə başlayan uşaqlar üçün müəllimlər də dərsləri əyləncəli formada və oyunlar oynayaraq uşaqlara öyrətməyə çalışmalıdırlar".
Bu sözləri "Yeni Sabaha"a psixoloq Nərmin Ağayeva deyib: "Məktəbə yeni başlayan uşaqlar arasında yaranan əsas problemlərdən biri də ayrılıq qorxusudur.
Çünki uşaq özünü naməlum ortamda hiss edir. Belə olan halda bəzən uşaqlar dost tapa bilməmək, dərsləri öyrənməmək kimi qorxularla üzləşirlər
Eyni zamanda yay tətilindən sonra ciddi ortama qayıtmaq uşaqlar arasında narahatlıqlara gətirib çıxardır".
Toyuqlu pizza Psixoloqun sözlərinə görə, uşaqlar hər zaman valideynlərinin danışdıqlarından ilhamlanırlar: "Bunun üçün də uşaqlarla ünsiyyət qurmaq vacibdir.
İlkin olaraq valideynlər uşaqlara yaxınlaşmağı bacarmalıdırlar.
Eyni zamanda uşağa hissetdirmək lazımdır ki, onu hər bir halda başa düşürsən.
Tam oxu
Xəbəri oxu