Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı

26.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 2025/2026-cı tədris ilində dövlət büdcəsi hesabına maliyyələşdirilən məktəbəhazırlıq qruplarına 86 395 uşaq cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil olunan ikinci təlim-müzakirə sessiyasında əsas məruzəçi və təqdimatçı qismində çıxış edən fizika fənni üzrə müəllif Rasim Abdurazaqov deyib.

Onun təqdim etdiyi statistikaya əsasən, 2021/2022-ci tədris ilində məktəbəhazırlıq qruplarına 100 529, 2022/2023-cü tədris ilində 90 666, 2023/2024-cü tədris ilində 87 569, 2024/2025-ci tədris ilində isə 90 732 uşaq cəlb edilib.

Təqdimatda, həmçinin 2026/2027-ci tədris ilində birinci sinfə gələcək uşaqların sayının təxminən 124 min olacağı proqnozlaşdırılıb. Həmin uşaqların təxminən 69,7 faizinin məktəbəhazırlıq qruplarından gələcəyi gözlənilir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью