Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 10-u saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən başlanılacaq.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, növbəyə yazılma prosesi “myGov” portalı vasitəsilə elektron formada həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradılarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsinin seçilməsi mümkündür.
Mövcud növbələrin müəssisələrdə boş yerlər yarandığı halda sorğuya çevrilməsi prosesi növbə yaradıldıqdan minimum beş gün sonra həyata keçiriləcək.
Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.