Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır Komitə sədri

20.11.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"İnvestisiya və infrastruktur layihələrinin nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Hicran Hüseynova parlamentdə büdcə müzakirələri zamanı bildirdi.

"Bu günlərdə və Bakı və Sumqqayıt şəhərləri arasında avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişinə müühüm dəstəkdir. İnanırıq ki, vətəndaşlarrımızın həyat şəraitinin daha da yaxşılaşdırıması üçün aparılan işlər davam edəcək.

Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən böyük və qymətli sərvətidir.

Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Uşaq bağçalarında və təhsil müəssisələrində psixoloji xidmət təşkil olunmalıdır.

Beynəlxalq təcrübəni öyrənməklə daha çox uşaqlı ailələrə sosial dəstək proqramının həyata keçirilməsinə çox böyük ehtiyac var", - deyə o qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью