Məktəbəqədər təhsil yeni dərs ilinə hazırdır

02.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və paytaxtdakı məktəbəqədər təhsil müəssisələ­rinin rəhbərlərinin iştirakı ilə keçirilən konfransda yeni dərs ilinə və Bilik Gününə hazırlıq geniş müzakirə edilib.

MÜTDA-nın direktor müavini, BŞ­Tİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova ötən tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəa­liyyəti barədə məlumat verib, bu şəbəkənin əhatə dairəsinin genişləndirilməsinin, əlça­tanlılığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb. O, mövcud imkanlardan səmərəli istifadə, nəticəyönümlü idarəet­mə, yeni təşəbbüslərin tətbiqi və xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məsələlərinə də toxunub. 

BŞTİ-nin müdir müavini Anar Qə­diməliyev, qurumun sektor müdiri Rəna Aslanova yeni tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin əsas yönləri barədə təqdimatlarla çıxış edərək hər bir uşağın fərdi inkişafının dəstəklən­məsinin, yaş və inkişaf xüsusiyyətlərinə uyğun təlim-tərbiyə mühitinin yaradılma­sının vacibliyi vurğulayıblar. 

Konfransda məktəbəqədər təhsil müəs­sisələrində təlim prosesinin səmərəli təşkili və uşaqların orta məktəbə hazırlığı ilə bağ­lı qarşıda duran vəzifələr geniş müzakirə edilib. Toplantı işini panel müzakirələrlə davam etdirib

Əli SADIQOV,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью