Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə sertifikatlaşdırma ilə bağlı dəstək məqsədilə görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova, Təhsil İnstitutunun əməkdaşları Laləzar Məmmədova, Nərgiz Zeynalova, İdarənin əməkdaşları və tərbiyəçi-müəllimlərin iştirak etdikləri görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəriciləri barədə məlumat verilib. Toplantıda sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə ətraflı söhbət açılıb.
Görüşdə sertifikatlaşdırmanın mərhələləri və məzmunu, tərbiyəçi-müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat da verilib. İştirakçılar təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib, suallar cavablandırılıb.
Əli SADIQOV
XQ