Məktəbəqədər təhsilin əhatəliliyi 10 il ərzində 14 faizdən 45 faizə çatdırılıb

11.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2016-cı ildən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər təhsilin əhatəliliyi 14 faizdən 45 faizə çatdırılıb. Bu müddətdə hər il 100 mindən çox uşağın məktəbəqədər təhsilə cəlb olunması təmin edilib".

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, təhsil nəticələrinə məktəbəqədər təhsilin təsiri nəzərə alınmalı və bu istiqamətdə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmalıdır.

Emin Əmrullayev qeyd edib ki, təhsildə görülən işlərin nəticəsi qısa müddətdə görünmür: “4-5 yaşlı uşağın təhsil nəticəsinin 9-cu sinifdə, təxminən 15 yaşında ölçülməsi üçün 10 ildən artıq vaxt tələb olunur. Bu nəticələrin əmək bazarına təsiri isə daha uzun müddətdən sonra özünü göstərir”.

Nazir vurğulayıb ki, bu səbəbdən təhsil siyasətində davamlılıq və eyni istiqamətdə ardıcıl fəaliyyət xüsusilə əhəmiyyətlidir. Müxtəlif işləri qısa müddətdə dəyişməkdənsə, ən vacib istiqamətlər üzrə uzunmüddətli və ardıcıl fəaliyyət göstərmək daha səmərəlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью