Məktəbi bitirib ixtisas seçimini etmişdi; qəzada həyatını itirdi FOTO

19.08.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov  ötən gün dünyasını dəyişib.

T.Ramazanov bu il Zaqatala rayonu Muxax kənd Şəmsəddin İsayev adına 2 nömrəli tam orta məktəbini bitirmiş və ixtisas seçimini də etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью