Məktəbin damı uçdu: Müəllim və 21 şagird öldü Bu ölkədə

15.10.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Pakistanın Peşəvər şəhərində yerləşən özəl məktəbin damının uçması nəticəsində 21 uşaq və bir müəllim həlak olub.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 40-dan çox insan xəsarət alıb, onlardan 20-si xəstəxanaya çatdırılıb.

Xilasetmə qüvvələri dağıntılar altında qalan uşaqları və məktəb əməkdaşlarını tapmaq üçün əməliyyata başlayıb.

Məlumata görə, həlak olanların əksəriyyətinin 13 yaşı var.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью