Məktəbin önündə arvadını və özünü öldürdü VİDEO

26.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyənin Bursa şəhərində kişi boşanmaq üzrə olduğu həyat yoldaşını güllələyərək öldürüb, daha sonra intihar edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Gürsu rayonunda Atatürk adına ibtidai məktəbin qarşısında qeydə alınıb.

Övladını məktəbdən götürməyə gələn 34 yaşlı Filiz Yeşilyurtla 40 yaşlı əri Taksim Yeşilyurt arasında mübahisə yaranıb. Bu zaman kişi həyat yoldaşına silahla atəş açıb. Daha sonra hadisə yerindən uzaqlaşaraq intihara cəhd edib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью