Məktəbin qarşısında baş verən qətlin təfərrüatı Video

05.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ötən gün Bakının Xətai rayonunda 56 nömrəli məktəbin qarşısında baş verən qətlin təfərrüatı məlum olub.

Axar.az APA TV-yə istinadən xəbər verir ki, Firuz Qəmbərov küçəsində münaqişə zəminində 2008-ci il təvəllüdlü Arda Qurbanlı bıçaq xəsarəti alaraq ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, insident Arda Qurbanlının Qüdrət Mahmudova söz atması ilə başlayıb.

Şahidlərdən biri hadisə ilə bağlı bunları deyib:

"Üç nəfər olublar: iki oğlan, bir qız. Qıza söz atıblar, qızın yanındakı oğlan da digərini bıçaqla vurub. Oğlanı görmüşdüm, amma tanışlığım yox idi".

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью