Məktəbkənarı mağazalarda, kiosklarda ədədlə tütün məhsulu satanlara qarşı cəza mexanizmi olmalıdır

12.02.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Məktəb uşaqlarının siqaret çəkməsi, zərərli içkilər içməsi və s. kimi hallarla tez-tez qarşılaşırıq. Azərbaycanda uşaqlara siqaretin satılması qadağadırsa, uşaq siqareti necə alır. Gəlin, özümüzü aldatmayaq. Uşağın siqaret əldə etməsi üçün kifayət qədər imkanlar var. Məsələn, məktəb yaxınlığında olan kiosklar. Bu yerlərdə ədədlə siqaret satılır. Bu siqaretlərin satış hədəfi kimdir?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəb yaxınlarında şagirdlərin siqaret çəkməsi hamıya məlumdur, bu vəziyyət həmişə olub və buna görə məktəb günahkar deyil: “Gəlin, bütün məktəbkənarı ərazilərə baxın, orada mağazalar var. Həmin mağazalarda ədədlə siqaret satılır. Siqaret çəkən yetişkinlər ədədlə siqaret almır. Həmin siqareti satanların hədəfi kimdir? Məktəb yaşlı uşaqlar. Bu vəziyyətlə məktəb mübarizə apara bilmir. Bu məsələlərin qarşısını almaq üçün məsul qurumlar bir araya gəlməlidir. Mən zaman-zaman bu məsələni qaldırmışam. Məktəbkənarı mağazalarda, kiosklarda ədədlə siqaret satanlara qarşı bir cəza mexanizmi olmalıdır. Azərbaycanda azyaşlı uşaqlara siqaret satılması qadağan olsa da, məktəbkənarı ərazilərdə hər addımbaşı belə kiosklar var”.

İlqar Orucov

Kiosklara kim nəzarət edir və ya kimsə nəzarət edirmi? Bu kiosklar azyaşlı uşaqlara siqaret satır, yoxsa satmır?

İlqar Orucov digər ölkələrin təcrübəsindən söz açıb və qeyd edib ki, digər ölkələrdə məktəbə yaxın ərazilərdə kafelər, restoranlar və ya bu tipli kiosklar olmur.

“Məktəbyanı ərazilərdə kitab və dəftər satılan mağazalar ola bilər. Azərbaycanda bu sahədə bir nəzarətsizlik var”-deyə İlqar Orucov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью