Məktəblər 5 gün bağlı olacaq

23.01.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili başlayacaq.

Bakıvaxtı.az xatırladır ki, məktəblilərin qış tətili yanvarın son həftəsində (27-31 yanvar) olur, bu, «Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında» Nazirlər Kabinetinin Qərarına əsaslanır.

2025-2026-ci tədris ili üçün də məktəblilərin qış tətili yanvarın 27-dən başlayacaq.

Fevralın 1-i bazar gününə düşdüyündən, ikinci yarımilin ilk dərs günü 2 fevralda olacaq.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью