Məktəblər bağlanmasa da, dərslər faktiki olaraq keçirilmir | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və nəqliyyatın iflic o
Son günlərdə müşahidə olunan pis hava şəraiti bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi bu cür fövqəladə hallara hazır deyil.
Məktəblər və universitetlər rəsmi olaraq bağlanmasa da, müəllim və tələbələrin dərsə çata bilməməsi nəticəsində dərslər faktiki olaraq keçirilmir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib: "Bu vəziyyət artıq təsadüfi yox, sistemli problemin təzahürü kimi qiymətləndirirlər.
Onların fikrincə, hər dəfə yağan qar və yağış təhsilin dayandırılmasına səbəb olmamalıdır.
Təhsil hava şəraitinə, logistika imkanlarına və digər təsadüfi amillərə tabe olmamalı, fasiləsizliyi təmin edən çevik və rəqəmsal tədris modelləri ilə dəstəklənməlidir.
Xatırladaq ki, pandemiya dövründə ölkədə onlayn tədris modeli tətbiq olundu və müəyyən nəticələr əldə edildi.
Lakin bu model sonradan strukturlaşdırılmadı və davamlı sistemə çevrilmədi.
Tam oxu
Xəbəri oxu