Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
“Bizim 4200-dən artıq kəndimiz var. Kənd və şəhər harmoniyasını qoruyub saxlamaq lazımdır. Bu, reallıqdır ki, kəndlərdən rayon mərkəzlərinə, oradan isə paytaxta böyük axın var. Kəndlərdən əhalinin miqrasiyası səbəbindən məktəblər ciddi problem qarşısındadır”, - deyə komitə sədri bildirib.
Nuranə Daxilqızı