Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İranda məktəblər martın 20-nə qədər bağlı qalacaq.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu ölkənin Təhsil Nazirliyinin sözçüsü deyib.
O bildirib ki, yaranmış vəziyyətə görə məktəblər ilin sonuna qədər (İranda il martın 20-də başa çatır) açılmayacaq və təhsil onlayn şəkildə veriləcək.
Bu müddətin uzadılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı yeni qərar rəsmi şəkildə elan olunacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin