Məktəblər təmir olunur

15.10.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Məktəblərdə təmir və kommunal işlərə 2,2 milyon manatdan çox vəsait xərclənəcək.

“Yeni Sabah” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması ilə bağlı satınalma həyata keçirib.

Satınalmanın qalibi “DMC Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qurumla şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 2 milyon 237 min 695 manat 70 qəpik (2.237.695,7 AZN) təşkil edir. Toyuqlu pizza

Qeyd edək ki, sözügedən şirkət 2011-ci ildə təsis edilib və nizamnamə kapitalı 50 manatdır.

Cəlalə Cəlalqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью