Məktəblərarası turnirdə qələbə sevinci VİDEO

06.03.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


AFFA tərəfindən təşkil olunan 2014-2015-ci il təvəllüdlü şagirdlər arasında keçirilən 5-ci siniflərarası futbol turnirində Nizami rayonu üzrə qalib müəyyənləşib.

Bakupost.az xəbər verir ki, Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin komandası final görüşündə Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin komandası ilə qarşılaşıb.

Maraqlı və gərgin keçən oyunda 61 nömrəli məktəbin komandası rəqibini 4:2 hesabı ilə məğlub edərək Nizami rayon məktəbləri arasında çempion adını qazanıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью