Məktəblərdə 5 günlük tətil başlayır Tarixlər

26.04.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili 5 günlük (1-5 may) başlayacaq.

Metbuat.az xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью