Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir AÇIQLAMA | Icma.az
Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir" - AÇIQLAMA Alimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir.
Uşaqlarda mütaliə vərdişlərinin yaranması üçün valideyinlər qədər məktəblərin də üzərinə müəyyən öhdəliklər düşür.
Bəs görəsən məktəblər şagirdlərdə mütaliə vərdişlərinin formalaşması üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib: "Bizim orta ümumi təhsil müəssiələrimizdə şagirdlərə keçirilən dərslərlə yanaşı özünü inkişaf üçün əlavə proqramlar tətbiq olunmalıdır.
Düzdür, bəziləri şagirdlərin dərs yükünün çox olduğunu əsas gətirərək bununla razılaşmaya bilər. Mən bununla da razıyam.
Amma bizim tədris prosesinin əsas missiyası şagirdi qəbul imtahanına hazırlaşdırmaq deyil, onu şəxsiyyətyönümlü, düşüncəli, cəmiyyətə yararlı və müəyyən dəyərlərlə təmin olunmuş bir insan kimi yetişdirməkdir.
Bunun üçün də orta ümumi təhsil müəssiələrində şagirdlərə bədii ədəbiyyat mütləq əlavə fənn kimi tətbiq edilməlidir.
Tam oxu
Xəbəri oxu