Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Danimarkada çoxsaylı məktəblər elektron poçt vasitəsilə bomba təhdidləri alıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və ictimaiyyəti sakit olmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Danimarkanın DR xəbər agentliyinin məlumatına görə, ölkənin bir neçə şəhərində, xüsusilə paytaxt Kopenhagendə yerləşən məktəblərə bomba təhdidləri göndərilib.
Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Funen polisi isə ərazidəki 30 məktəbin bomba təhdidi aldığını açıqlayıb. Bununla belə, qurum narahatlığa əsas olmadığını və təhdidlərin böyük ehtimalla əsassız olduğunu bildirib.
Qeyd edək ki, bu ayın əvvəlində İtaliya, Fransa və İrlandiyada da məktəblər bomba təhdidlərinin hədəfinə çevrilmişdi.
Aytən Yaşar/Turkustan.az