Məktəblərdə bu fənn müəllimləri çatışmır

17.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət kimi fənlər üzrə müəllim çatışmazlığı var”. 

"Cebheinfo.az" verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, əslində müəllimlər var, sadəcə onların kənd məktəblərində dərs saatları az olur: “Dərs saatlarının az olması problemdir. Orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir. Ümumiyyətlə, məsələnin mahiyyəti dəyişməlidir. Yəni saathesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna uzun zaman lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью