Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Bölgələrdə müəllim çatızmazlığı müzakirə olunan mövzulardandır.
Cəmiyyətdə gedən müzakirələrdən belə nəticə çıxır ki, bölgələrə dərs demək üçün gedən müəllimlərin həmin ərazidə mənzillə, oduncaqla təmin olunması, kommunal xidmətlərlə bağlı müəyyən güzəştlərin edilməsi bu problemin həlli ola bilər.Həvəsləndirmə qərarı gənc müəllimləri niyə həvəsləndirmir?Xatırladaq ki, müəllimləri kənd məktəblərində işləməyə cəlb etmək üçün həvəsləndirmə (H1 və H2) tətbiq olunur.
Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarı ilə bölgələrə işləməyə gedən 35 yaşadək müəllimlərin əməkhaqqına rayon mərkəzindən uzaqlığa görə beş il olmaqla iki adda əlavə ödənişlər edilir.
H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:Şagird sayı az olan məktəblərin bağlanmaması üçün hansı addımlar ATILA BİLƏR?
Əgər gənc müəllim MİQ müsabiqəsində iştirak edib H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunubsa və yaşı 35-dən çox deyilsə, hər ay əmək haqqına H1-90 manat, H2-190 manat (90 manatdan vergi tutulmaq şərtilə) əlavə olunur.Bəzi ucqar kənd məktəblərdə fənn müəllimlərinin olmaması bu həvəsləndirmənin problemi həll etmədiyini göstərir.“Azərbaycanda müəllim çatışmazlığı yoxdur” Məsələyə münasibət bildirən Elm və təhsil naziri Emin Əmrullayev də əslində müəllim sayının çox olduğunu, lakin dərs saatları az olduğu üçün ucqar kəndlərdə işləmək istəmədiklərini bildirib:“Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur.
Hər il 60 minə yaxın şəxs müəllim olmaq istəyir. Müəllim çatışmazlığı olsa belə, bu, ucqar kəndlərdə şagird və sinif sayının az olması səbəb
Xüsusi olaraq musiqi və təsviri incəsənət fənlərində dərs saatları azdır”.Dərs yükü az olan müəllimlərin əmək haqlarının hesablanması qaydas